Qardabanidə koronavirusa yeni yoluxma aşkarlanıb
05.08.2020 12:49
394
Sağlamlıq
A
Qardabanidə koronavirusa yeni yoluxma aşkarlanıb
Qardabani rayonunda koronavirusa yoluxanların sayı 1 nəfər artıb. Aktual.ge məlumat verir ki, yoluxma faktı Qaracalar kəndində təsdiqlənib. Bununla da rayonda COVID-19-a yoluxanların ümumi sayı 64-ə çatıb. Onların 39 nəfəri Qaracalar sakinidir. Qeyd edək ki, Qaracalar kəndi iyulun 24-də “qırmızı zona” elan edilərək təcrid olunub.
ŞƏRH YAZ
2