Kiber hücuma məruz qalmış "Muslim Media" fəaliyyətinə yenidən start verib
Kiber hücuma məruz qalmış Gürcüstan Müsəlmanlar İdarəsinin nəzdində fəaliyyət göstərən Muslim Media internet televiziyası Youtube platformasında yenidən öz fəaliyyətinə başlayıb.
Aktual.ge məlumat verir ki, sözügedən kanal İslam dininin təbliğatını həyata keçirir.
Mövcud məlumata əsasən, Muslim Media TV-nin Youtube kanalı ilə yanaşı Facebook səhifələri də mövcuddur. Qeyd edək ki, cari ildə kanalın YouTube səhifəsinə kiber hücum olub və 1200 dini verlişləri silinib. Hakerlərin hücumu nəticəsində kanalın Youtubedən silinməsinə rəğmən kanal daha da əzmkarcasına öz fəaliyyətini davam etdirir.
İslam dininin müxtəlif sahələri haqqında geniş məlumatlar əldə etmək üçün aşağıdakı linkə daxil olub kanala abunə ola bilərsiniz.
https://www.youtube.com/channel/UCXWwRPDQwy1imeqCUWA1Kmw