Tranzit nömrəli avtomobil sahiblərinin nəzərinə - DİN çağırış edir
06.08.2020 11:13
762
Maraqlı
A
Tranzit nömrəli avtomobil sahiblərinin nəzərinə - DİN çağırış edir
May ayının 1-dən əvvəl Gürcüstana gətirilən nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirmə müddəti sentyabrın 1-də başa çatır Aktual.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Xidmət Agentliyi məlumat yayıb. Mövcud məlumata görə, Gürcüstan hökumətinin İdarələrarası Kordinasiya Şurasının tövsiyələrinə və Maliyyə Nazirliyinin qərarına əsasən, koronavirusun yayılmasına qarşı görülən qabaqlayıcı tədbirlər çərçivəsində avtomobillərin gömrük rəsmiləşdirmə müddətinin 2020-ci il sentyabrın 1-dək uzadıldığı qeyd olunub. "Xidmət agentliyi 1 may 2020-ci il tarixinə qədər Gürcüstana nəqliyyat vasitələri idxal etmiş vətəndaşları növbə və cərimələrin qarşısını almaq üçün 31 avqust tarixinədək xidmət orqanına vaxtında müraciət etməyə və gömrük prosedurlarını həyata keçirməyə çağırır”, – deyə DİN-nin yayımladığı məlumatda bildirilib.
ŞƏRH YAZ
0