ABŞ Səfirliyi Nika Melianın həbsinə belə münasibət bildirdi
23.02.2021 12:34
905
Siyasət
A
ABŞ Səfirliyi Nika Melianın həbsinə belə münasibət bildirdi
ABŞ-ın Gürcüstan Səfirliyi müxalif "Vahid Milli Hərəkat"ın sədri Nika Melianın həbsi ilə əlaqədar bəyanat yayaraq baş vermiş hadisələrə münasibət bildirib. Aktual.ge xəbər verir ki, sözügedən bəyanatı diplomatik korpusun rəsmi "Facebook" səhifəsində paylaşılıb. Bəyanda deyilir: “ABŞ səfirliyi hökumətin bu gün səhər ana müxalifət partiyasının qərargahında partiya liderini həbs etmək qərarından çox narahatdır. ABŞ və digər beynəlxalq tərəfdaşların təmkin və dialoq çağırışlarına məhəl qoyulmadığına görə təəssüf edirik. Gürcüstan liderlərinin böhran zamanı istifadə etdikləri ritorika bizi şoka salmışdır. Məcburi metodlar və zorakılıq Gürcüstanın siyasi fikir ayrılıqlarını həll etməyin yolu deyil. Bu gün Gürcüstan, Avroatlantik dövlətlər ailəsi daxilində daha güclü bir demokratiya yolundan geri addım atdı".
ŞƏRH YAZ
2