DİN-ə kiber hücum olub
Fevralın 23-də Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) kompüterləri müxtəlif ölkələrdən kiber hücuma məruz qalıb.
Aktual.ge xəbər verir ki, bu barədə DİN tərəfindən məlumat yayılıb.
Məlumata görə, DİN-in müvafiq bölməsi əməliyyat tədbirləri nəticəsində hücumun qarşısını alıb.
Qeyd olunub ki, Gürcüstan Cinayət Məcəlləsinin 285 və 286-cı maddələri ilə kompüter məlumatlarının və ya kompüter sisteminin qanunsuz istifadəsi və pozulması faktı üzrə istintaq aparılır.