Keçmiş amerikalı general Gürcüstanda baş verənlərə sərt reaksiya verdi
23.02.2021 13:14
625
Siyasət
A
Keçmiş amerikalı general Gürcüstanda baş verənlərə sərt reaksiya verdi
"Bu Gürcüstan adına atılmış geri addımdır". Aktual.ge xəbər verir ki, bu sözlərlə ABŞ-ın Avropadakı quru qoşunlarının keçmiş komandanı Ben Hodges şəxsi "Twitter" hesabından Nika Melianın həbsinə münasibət bildirib. "Bu addım Gürcüstan adına geriyə doğru atılmış böyük bir addımdır. Bundan faydalananlar yalnız Kreml, cənab Bidzina və onun ən yaxın tərəfdarlarıdır. Bu gürcülər, xüsusən də gənclər üçün yaxşı bir şey deyil. Ümid edirəm Prezident Biden möhkəmlik nümayiş etdirəcək. Kreml baş vermiş hadisələrə nəzarət edir", - deyə B.Hodges qeyd edib.
ŞƏRH YAZ
1