Nazir açıqladı - Bu tarixə qədər uşaqlara 200 lari yardım ödəniləcək
06.08.2020 15:50
1760
İqtisadiyyat
A
Nazir açıqladı - Bu tarixə qədər uşaqlara 200 lari yardım ödəniləcək
Məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri Ekaterine Tikaradzenin sözlərinə görə, 17 yaşa qədər uşaqlar üçün birdəfəlik, 200 larilik yardım 1-15 sentyabr tarixlərinə qədər ödəniləcək. Aktual.ge xəbər verir ki, Səhiyyə naziri kömək üçün xüsusi bir portalın işə salınacağını və orada müvafiq sənədlərin yüklənməsinin mümkün olacağını bildirib. “Səhiyyə Nazirliyi ərizələrin və xüsusi sənədlərin doldurulması üzərində işlərə başlayıb. Düşünürük ki, belə bir vəziyyətdə uşaqlarımızın rifahı üçün vəsaitləri tez bir zamanda ödəmək məqsədi ilə sənədlərin siyahısı mümkün qədər sadə olmalıdır. Sənədlərin yüklənəcəyi portal artıq hazırdır və əminəm ki, 1-15 sentyabr tarixlərində vəsait tam şəkildə ödəniləcəkdir",- deyə E. Tikaradze bildirib. Qeyd edək ki, hökumətin qərarına əsasən, tədris ilinin əvvəlində 17 yaşdan kiçik uşaqlar 200 larilik birdəfəlik maddi yardım alacaqlar.
ŞƏRH YAZ
3