Qardabanidə koronavirusa yoluxanların sayı yenə artdı
Qardabani rayonunda koronavirusa 2 yeni yoluxma halı qeydə alınıb.
Aktual.ge xəbər verir ki, yeni yoluxma Axalsopeli (Təzəkənd) kəndində aşkarlanıb.
COVID-19 diaqnozu qoyulan şəxslərin karantində olduğu bildirilir.
Bununla da Qardabanidə indiyədək bu xəstəliyə tutulanların sayı 70 nəfərə çatıb.