Gürcüstanda yenidən məhdudiyyətlər tətbiq oluna bilər
04.03.2021 12:25
1228
Maraqlı
A
Gürcüstanda yenidən məhdudiyyətlər tətbiq oluna bilər
"Vəziyyət daha da pisləşərsə, hökumət yenidən məhdudiyyətlər tətbiq etmək məcburiyyətində qalacaq". Aktual.ge xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bu gün keçirilən iclasda söyləyib. Onun sözlərinə görə, kovidə yoluxanların sayının azalmasına baxmayaraq, virusun qarşısını almaq üçün maska taxmaq lazımdır. "Son günlərdə virusa yoluxmuş insanların sayında azalma müşahidə edirik, buna görədə əhaliyə bir daha müraciət edirəm ki, maska taxmaq lazımdır. Bildiyiniz kimi, məhdudiyyətləri yüngülləşdirdik, bütün bu tədbirlər iqtisadiyyatı mümkün qədər tez bərpa etməyə və açmağa xidmət edir. Digər tərəfdən unutmamalıyıq ki, vəziyyət pisləşsə yenə də bəzi məhdudiyyətləri qaytarmaq məcburiyyətində qalacağıq. Bunun qarşısını almaq üçün bu əsas tələblərə riayət etməliyik və təbii ki, hökumət buna nəzarət edəcək",-deyə bildirib İ.Qaribaşvili.
ŞƏRH YAZ
14