Gürcüstanın iqtisadi inkişaf planı hazırlanacaq
04.03.2021 13:24
192
İqtisadiyyat
A
Gürcüstanın iqtisadi inkişaf planı hazırlanacaq
Gürcüstanın uzunmüddətli iqtisadi inkişaf planının hazırlanması məqsədilə dövlət komissiyası yaradılacaq. Aktual.ge xəbər verir ki, bu təşəbbüslə ölkənin Baş naziri İrakli Qaribaşvili çıxış edib. Onun sözlərinə görə, hökumətin əsas prioritetlərindən biri ölkə iqtisadiyyatının inkişafına nail olmaqdır: “Komissiya iqtisadi inkişaf planı üzərində işləyəcək və ilk sənədi bu ilin mayın sonunda təqdim edəcək”. İ.Qaribaşvili qeyd edib ki, komissiyanın fəaliyyətinə bütün maraqlı tərəflər, parlamentin müvafiq komitələri, həmçinin yüksək ixtisaslı ekspertlər də cəlb olunacaq.
ŞƏRH YAZ
2