Gürcüstanda siqaretlərin qiyməti bahalaşdı
05.03.2021 13:04
1291
İqtisadiyyat
A
Gürcüstanda siqaretlərin qiyməti bahalaşdı
Gürcüstanda tütünün qiyməti ən yüksək səviyyədədir. Aktual.ge xəbər verir ki, bu barədə iqtisadiyyat üzrə mütəxəssislər söyləyib. "Son bir neçə gündə siqaretin qiyməti daha 30 tetri artıb. Mağazalar tədarükçüləri günahlandırır, lakin artımın digər səbəblərindən danışmırlar. Tütün tədarükçüləri özləri qiyməti artırmadıqlarını deyirlər. Onlar da mağzaları günahlandırır və daha çox qazanc əldə etmək ücün qiyməti artırdıqlarını soyləyirlər",-deyə iqtisadi ekspert Soso Berikaşvili bildirib. Ekspert Nika Şenqeliya isə qiymət artımını obyektlərin kommunal ödənişlərinin baha olmasinda görür: "Müəssisələr kommunal ödənişlərin qalxması qiymətlərin artımına səbəb olub ona görədə siqaret və digər məhsullarda artım müşahidə olunur". Ekspertlər siqaret qiymətlərindəki müddətsiz artımın aksizli qaçaqmalçılıq məhsullarının satışını daha da artıra biləcəyini düşünürlər.
ŞƏRH YAZ
2