Bazar ertəsindən etibarən ləğv ediləcək olan 3 məhdudiyyət
06.03.2021 13:03
2802
Maraqlı
A
Bazar ertəsindən etibarən ləğv ediləcək olan 3 məhdudiyyət
8 Mart Bazar ertəsi günündən etibarən ölkədə bir neçə məhdudiyyət ləğv ediləcək. Aktual.ge xəbər verir ki, bu barədə qərar Koordinasiya Şurasının sonuncu iclasında verilmişdi. Söhbət Kovid pandemiyası səbəbindən qoyulan məhdudiyyətlərdən gedir. Koordinasiya Şurasının son qərarlarına əsasən, 8 Mart Bazar ertəsi günündən etibarən: - Dağ kurortlarında kanatlar açılacaq (dağ kurortlarında otellər 25 fevraldan bəri açılmışdır); - Batumidən başqa restoranlar hər yerdə daxili məkan formatında fəaliyyətə başlayacaq (Batumidəki restoranlarda qapalı yerlər 1 mart tarixindən etibarən açılmışdır); - Ticarət mərkəzləri və yarmarkalar da həftə sonları yenidən fəaliyyətə başlayır.
ŞƏRH YAZ
5