Türkiyə hərbçiləri 7 PKK/YPG terrorçusunu zərərsizləşdirib
Türkiyə ordusunun hərbçiləri Suriyada PKK/YPG terrorçularını zərərsizləşdirib.
Aktual.ge “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, təşkilatın 7 terrorçusu Tel Rıfat bölgəsində məhv edilib. Qeyd edilir ki, PKK/YPG terrorçuları “Fərat qalxanı” bölgəsinə hücuma hazırlaşırmış.
Nazirlik antiterror əməliyyatının davam etdiriləcəyini bildirib.