08.03.2021 10:00
924
Siyasət
A
"Gürcü Arzusu"ndan daha bir önəmli sima istefa verdi - Səbəbini isə belə açıqladı
Hakim “Gürcü Arzusu” partiyasının sədr müavini Vasil Mağlaperidze vəzifəsindən istefa verib. Aktual.ge xəbər verir ki, bu barədə o, sosial şəbəkədə elan edib. Onun sözlərinə görə, qərar onun sağlamlıq vəziyyəti ilə əlaqədardır və "siyasi zövqü və baxışı dəyişmir". “Səhhətimlə əlaqədar olaraq müəyyən bir müddət ictimaiyyətlə əlaqə qura bilməyəcəyəm və bu səbəbdən partiyadakı mövqeyimdən ayrılıram. Siyasi baxışım isə dəyişmir. Lazım gəlsə, məlumatları təqdim edəcəyəm!", - deyə V.Mağlaperidze qeyd edib.
ŞƏRH YAZ
1