Savalan Mirzəyev
08.03.2021 14:00
1738
Hadisə
A
Savalan Mirzəyev "Komendant saatı" vaxtı restoranda PUL QABIM oğurlanıb iddiası ilə ALƏMİ BİR-BİRİNƏ QATIB
Hakim "Gürcü Arzusu"nun siyahıdan 35-ci deputatı Savalan Mirzəyev Marneulidə yerləşən restoranların birində "Komendant saatı" vaxtı çərçivəsində pul qabımı oğurlayıbsınız iddiası ilə aləmi bir-birinə qatıb. Bu barədə Aktual.ge xəbər portalı məlumat əldə edb. Etibarlı mənbədən əldə olunan məlumata görə, "Komendant saatı" vaxtında restoranda əyləşən deputat sərxoş imiş. O, üzərindən bir müddət keçdikdən sonra pul qabım oğurlanıb iddiasını qaldıraraq restoran administrasiyasını günahlandırıb. Koronavirusla mübarizə çərçivəsində tətbiq olunmuş "Komendant saatı" məhdudiyyətini pozan S.Mirzəyev əyləşdiyi restorana pul qabım oğurlanıb iddiası ilə polis çağırıb. Əldə etdiyimiz məlumatlara görə, hadisə yerinə polis gəlib və hələ də araşdırma aparılır. Məsələ ilə əlaqədar S.Mirzəyev telefon zənglərimizə cavab vermir. Restoran sahibi isə məlumatı təkzib edib. Qeyd edək ki, 2020-ci ilin 28 noyabr tarixindən koronavirusla mübarizə çərçivəsində Gürcüstan miqyasında saat 21:00-dən səhər 05:00-ə qədər "Komendant saatı" məhdudiyyəti tətbiq olunub. Sözügedən qanunu pozan fiziki vətəndaşlar 2 000 lari dəyərində, hüquqi şəxslər isə 10 000 lari dəyərində cəzalandırlır.
ŞƏRH YAZ
14