Bu gündən bu məhdudiyyət də aradan qaldırıldı
08.03.2021 14:34
500
Sağlamlıq
A
Bu gündən bu məhdudiyyət də aradan qaldırıldı
Restoranlar bu gündən etibarən həftə sonları istisna olmaqla qapalı məkanda da fəaliyyət göstərməyə başlayacaq. Aktual.ge xəbər verir ki, bu barədə müvafiq qərar Koronavirusla əlaqəli məhdudiyyətlərin azaldılması çərçivəsində İdarələrarası Koordinasiya Şurası tərəfindən verilib. "Restoranlara, əlaqədar qurumlar tərəfindən nəzarət ediləcəkdir. Onlar tövsiyə edilən standartlara uyğun olmalıdır. Martın 1-dən etibarən restoranlar Batumidə qapalı yerlərdə fəaliyyətini bərpa edib və bu gündən etibarən bu məhdudiyyət bütün Gürcüstan ərazisində qaldırılacaqdır. Məhdudiyyət təkcə həftə sonları tətbiq ediləcək." Qeyd edək ki, hazırda qüvvədə qalan ən əsas məhdudiyyət "Komendant saatıdır".
ŞƏRH YAZ
0