GAK-də 8 Mart tədbiri keçirilib - FOTO
08.03.2021 14:57
785
Siyasət
A
GAK-də 8 Mart tədbiri keçirilib - FOTO
Bu gün Marneulidə Gürcüstan Azərbaycanlılarının Konqresinin (GAK) ofisində 8 Mart beynəlxalq qadınlar bayramı münasibəti ilə bağlı tədbir keçrilib. Aktual.ge xəbər verir ki, tədbirdə müxtəlif sektorda işləyən xanımlar iştirak edib. Tədbirdə GAK sədri Hüseyn Yusubov 8 Mart beynəlxalq qadınlar günü münasibətilə xanımları təbrik edərək cəmiyyətdə qadınların mühüm rol oynadığını ifadə edib. "Qadınlarımız bizim baş tacımızdır, onlar bizim həyatımızda həmişə olublar olacaqlarda. Biz çalışmalıyıq ki, Gürcüstanda yaşayan azərbaycanlı qadınlar cəmiyyətdə daha da mühüm yer tutsunlar, onlar özlərini daha çox inkişaf etdirsinlər. İlk öncə mən müəllimlərimizi təbrik edirəm, çünki ən çox onlar bizim əziyyətimizi çəkiblər. Bir müdrikin dediyi kimi, 'Valdeynlərim məni göylərdən yerə endirdilər, müəllimlərim isə məni yerlərdən göyə ucaltdılar. Bir daha 8 Mart beynəlxalq qadınlar günü münasibəti ilə butun qadınları təbrik edirəm",-deyə o çıxışını yekunlaşdırıb. Daha sonra tədbirdə iştirak edən qadınlara GAK tərəfindən hədiyyələr təqdim edilib.
ŞƏRH YAZ
5