Əhməd İmamquliyevdən SKANDAL SÖZLƏR - Onlar simalarını itiriblər
"Savalan Mirzəyev və Zaur Darğallı Marneuli rayonunda hər hansısa bir əşyalarını itirməyiblər onlar sadəcə və sadəcə simalarını itirdilər".
Bu sözlərlə Aktual.ge xəbər portalına müxalif "Avropalı Gürcüstan" partiyasının Marneuli qərargahının sədri və Bələdiyyə Məclisinin üzvü Əhməd İmamquliyev parlamentin üzvləri Savalan Mirzəyev və Zaur Darğallı keçdiyimiz günlərdə Marneuli rayonunda restoranların birində "Komendant saatı"nı pozaraq keyf sürmələrini şərh edərkən söyləyib..
"Bildiyiniz kimi bir neçə günlərdə Marneuli rayonunun restoranlarının birində "komendant saatı" vaxtı Zaur Darğallı, Savalan Mirzəyev, Kənan Ömərov və onların komandası oturub restoranda yeyib içirlərmiş və həmin restoranda hadisə baş verir. Savalan Mirzəyevin pul qabı və mobil telefonu itir və bunlar polisi çağırıb şikayət edirlər.
Polis restorana gəlir və bu işlə bağlı cinayət işi açılır. Məsələ ondadır ki, polis orda olan "komendat saatı"nı pozan parlament üzvlərini, merin müavini Kənan Omarovu və ya heç bir kəsi cərmələməyib. Eyni zamanda haqsızlıq budur ki, bizim əhalini, kiminsə başı ağrıyır, dişi ağrıyır bunları aptekə belə icazə vermirlər getməyə, ancaq bu hadisəyə necə göz yumurlar. Bu baş verənlər fonunda mən düşünürəm ki, 'Gürcü Arzusu' simasını itirib. Savalan Mirzəyev və Zaur Darğallı Marneuli rayonunda hər hansısa bir əşyalarını itirməyiblər onlar sadəcə və sadəcə simalarını itiriblər, çünki əşyayı tapa bilərlər amma onlar bir siyasətçi, bir qanuna hörmət edən şəxs olaraq öz simalarını itirdilər deyə bilərəm",-Ə.İmamquliyev söyləyib.