Aqil Mustafayev:
08.03.2021 22:20
1230
Siyasət
A
Aqil Mustafayev: "Mirzəyev və Darğallı hüquqi formada cərimələnməlidir"
"Mən şəxsən bir Gürcüstan vətəndaşı olaraq tələb edirəm ki, Savalan Mirzəyev və Zaur Darğallı fiziki şəxslər formasında deyil hüquqi şəxslər formasında cərimələnməlidirlər və eyni zamanda onlarla birlikdə "Komendant saatı"nı pozan insanlar da cərimələnməlidirlər". Bu sözlərlə Aktual.ge xəbər portalına müxalif "Vahid Milli Hərəkat" partiyasının Marneuli qərargahının sədri Aqil Mustafayev parlamentin deputatları Savalan Mirzəyev və Zaur Darğallı keçdiyimiz günlərdə Marneuli rayonunda restoranların birində "Komendant saatı"nı pozaraq keyf sürmələrini şərh edərkən ifadə edib. O vurğulayıb ki, "Komendant saatı" qanunu Gürcüstan ərazisində yerləşən və bütün bu ölkənin vətəndaşları üçün şamil olunur. "Qayda, qanun var, amma görünür ki, "Komendant saatı" qanunu və digər məhdudiyyətlər parlamentinin üzvləri- Savalan Mirzəyev və Zaur Darğallıya nə də eyni zamanda Marneuli meriyasında təmsil olunan merin müavini Kənan Ömərov keçərli deyil, çünki sözügedən hərəkət məhdudiyyəti başlayan zaman bu insanlar keyf sürürlər, bu insanlar gecə saatlarında istədiklərini edib, istədikləri yerə gedirlər. Qaldı ki, baş verən hadisə ilə bağlı, mənim aldığım məlumata görə, içkili vəziyyətdə olan "dəyərli" deputatlarımızdan biri telefonunu itirib ikincisi müəyyən məbləğdə pul itirib bundan sonra hadisə yerinə polis çağrılıb, amma çox təəssüflər olsun ki, bu gün polisimizin necə işlədiyinin hamımız şahidi oluruq. Müvafiq hadisə haqqında heç bir cinayət işi açılmır, onlar haqqında heç bir cərimə tətbiq olunmur amma istintaq başladılır. 'Gürcü Arzusu' hakimiyyəti bir daha olaraq qanunları fərqli insanlar üçün fərqli formada həyata keçirir",-deyə A.Mustafayev qeyd edib. Qeyd edək ki, 2020-ci ilin 28 noyabr tarixindən koronavirusla mübarizə çərçivəsində Gürcüstan miqyasında saat 21:00-dən səhər 05:00-ə qədər "Komendant saatı" məhdudiyyəti tətbiq olunub. Sözügedən qanunu pozan fiziki vətəndaşlar 2 000 lari dəyərində, hüquqi şəxslər isə 10 000 lari dəyərində cəzalandırlır.
ŞƏRH YAZ
3