Hacı Hacıyevdən çağırış -
08.03.2021 23:12
700
Din
A
Hacı Hacıyevdən çağırış - "İmam Əli məscidi şuranın öhdəliyinə verilsin" (VİDEO)
Marneulidə yerləşən İmam Əli (ə) məscidinin İqtisadiyyat Nazirliyinə daha sonra isə Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) balansına köçürülməsi ilə bağlı sözügedən məscidin idarə heyətinin narahatlığı davam edir. İmam Əli (ə) məscidinin axundu Hacı Hacıyev sosial şəbəkədə video müraciət yayımlayaraq ifadə edib ki, bizim istəyimiz budur ki, məscidi idarə edən yerli şuranın öhdəliyinə verilsin, biz bunu istəyirik və tələb edirik. Aktual.ge xəbər verir ki, din xadimi açıqlamasına belə davam edib: "İmam Əli məscidi neçə illərdirki fəaliyyət göstərir və öz fəaliyyətinnən məntəqədə seçilən məscidlərdəndir. Bildiyiniz kimi İmam Əli məscidi insanların xidmətində duran məscidlərdəndir və ən önəmli mərkəzi məscidlərdən biri sayılır və insanların yardımına yetişməkdən ötrhəri məzhəb və hətta din fərqliliyi qoymayan bir məsciddir. Biz də bu məsciddə 2005-ci ildən fəaliyyət gostəririk. Çox təəssüflər olsun ki, məscidimiz hüquqi cəhətdən əvvəl iqtisadiyyat nazirliyinin balansına verilib daha sonra Gürcüstan Müsalmanlar İdarəsinin nəzdinə verilibdir. Bunnan əlaqəli hökumətə və adiyyatı qurumlara şikayətlər olub. Bizim istəyimiz budur ki, biz məscidi yerli onu idarə edən şuranın öhdəliyinə verilməyini istəyirik və tələb edirik. Bu barədə müxtəlif proseslər oldu və axrıncı prosesdə bir neçə gün bunnan əvvəl oldu və Gürcüstan Müsalmanlar İdarəsinin nümayəndələri və idarənin rəhbəri Resan Qoqitidze vasitəsi ilə bir görüş oldu. Orada bizə müxtəlif suallar ünvanladılar o sualların əsası və mahiyyəti yox idi. Bizə dedilər ki, biz yazılı surətdə öz cavabımızı bildirəcəyik. Bizim istəyimiz budur ki, İmam Əli məscidini və nəinki İmam Əli məscidini bütün məscidlərki bu idarənin balansındadı və hər bir məscidin nəzdində fəaliyyət göstərən şuranın ixtiyarına qaytarılsın bizim başqa heç bir tələbimiz yoxdur, bu tələbdə də biz haqlıyıq, çünki məscidin neçə ildi idarəçiliyi bizim əlimizdə və bizim şuranın ixtiyarındadır, bu təqribən 15-16 ilə yaxındır ki belədir. Mənim özüm bu məsciddə məscidin şurası ilə bir yerdə fəaliyyət göstərirəm bu mənim həm hüquqi haqqımdır həm mənəvi haqqımdır həm də bu məscid el obanın haqqıdır bu məscidi el oba tikib". Xatırladaq ki, bundan ÜGMADİ sədri Seyid Mirtəqi Əsədov da bu məsələyə fikir bildirib. Ardından GMİ-nin şeyxi Hacı Ramin İgidov da öz rəyini verib.
ŞƏRH YAZ
6