ÜST: Qadınlar pandemiyadan daha çox zərər görüb
09.03.2021 00:09
204
Dünya
A
ÜST: Qadınlar pandemiyadan daha çox zərər görüb
Qlobal pandemiyanın nəticələri bir çox hallarda kişilərdən daha çox qadınlara təsir edib. Bu, xüsusilə məişət zorakılığının artması və reproduktiv sağlamlığın qorunmasına çıxış imkanlarının azalması ilə özünü göstərdib. Aktual.ge xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus deyib. Onun sözlərinə görə, pandemiya dövründə qadınlar kişilərdən daha çox iş yerlərindən məhrum olublar: "Qadınların üzərinə uşaqlara və qocalara qayğı göstərmək baxımından da əlavə yük düşür. Sağlamlığı təşviq etmək, dünyanı təhlükəsiz tutmaq və həssas insanlara yardıma görə qadınlara təşəkkür edirəm".
ŞƏRH YAZ
2