Yeparxiyada dava zamanı 10 nəfər eyvandan yıxılıb
09.03.2021 00:38
549
Hadisə
A
Yeparxiyada dava zamanı 10 nəfər eyvandan yıxılıb
Martvili şəhərindəki Çkondid yeparxiyasında baş verən dava zamanı on nəfər eyvandan yıxılıb, onlardan altısı xəsarət alıb. Aktual.ge yerli mənbələrə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyi hadisəni araşdırmağa başlayıb. Məlumata görə, yeni hakim mitropolit Stefanın sədrliyi ilə keçirilən qapalı iclasda ruhanilər arasında yaranmış mübahisə dava ilə bitib. Çkondid və Martvilinin yeni mitropoliti vladıka Stefan iki dyankon üzrə baş kahinlərin təyin edilməsini təxirə saldı, bundan sonra yeparxiya xadimləri arasında qarşıdurma yaranıb. Bundan sonra kilsə və pastva xadimləri münasibətlərə aydınlıq gətirmək istəyiblər və qarşıdurma binanın ikinci mərtəbəsinin eyvanında davam edib. Nəticədə taxta dirəklər sınıb və oradakılar yerə yıxılıb. Xəsarət alanların arasında telekanalların jurnalistləri və operatorları da olub.
ŞƏRH YAZ
2