Gürcü Arzusu:
08.08.2020 12:42
204
Siyasət
A
Gürcü Arzusu: "Rusiyadan gələ biləcək təhdidi və təhlükəni minimuma endirmişik"
"Məsuliyyətsiz və cinayətkar hərəkətlərin ölkəmizə əlavə təhlükə yaratması üçün xüsusi önləmlər alırıq". Aktual.ge xəbər verir ki, bu barədə “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının 2008-ci il Avqust müharibəsinin 12-ci ildönümü ilə bağlı verdiyi açıqlamada bildirilib. Açıqlamaya əsasən, hakimiyyət Rusiyadan gələn təhdidləri minimuma endirib və beynəlxalq birlik Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir. “Gürcüstan hökuməti, gürcü xalqı və beynəlxalq ictimaiyyət heç vaxt işğala boyun əyməyəcək. Mövcud vəziyyəti hər şəkildə düzəltməyə çalışırıq. Rasional, sülh yönümlü siyasətlə hökumət Rusiyanın yaratdığı təhlükələri minimuma endirdi, işğalı tanınmamaq siyasəti uğurla davam etdirilir və Gürcüstanın suverenliyi, ərazi bütövlüyü beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir”,- deyə qeyd edilib.
ŞƏRH YAZ
3