Arçil Talakvadzedən Saakaşviliyə sərt sözlər - Onun siyasətdə iki üzü var
Gürcüstan Parlamentinin spikeri Arçil Talakvadzenin sözlərinə görə, Mixeil Saakaşvili siyasətdə iki üzə sahibdir - Onlardan biri də Saakaşvili hərbi təyyarəni görəndə döyüş meydanından qaçmasıdır.
Aktual.ge xəbər verir ki, parlamentin sədri Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin Haaqa Tribunalına tövsiyə göndərməsini belə qiymətləndirib və qeyd edib ki, "dünən Saakaşvilinin etdikləri siyasi riyakarlığın ən yüksək zirvəsidir".
"Mixeil Saakaşvili siyasətdə iki üzə sahibdir – onlardan biri hərbi təyyarənin gördüyü zaman döyüş bölgəsindən qaçaraq, qonaqları tərk edərkən, ətrafdakı təhlükəsizlik işçilərini və mülki şəxsləri tərk edərkən göstərdiyi, digər üzü isə dünən Haaqada dayanaraq Gürcüstan haqqında yalan ifadələrə yer verərkən göstərdiyi əsl simasıdır. Əlbəttə qiymətləndirmə ictimaiyyət tərəfindən edilməlidir. Onun dünən etdiyi şey siyasi riyakarlığın ən yüksək zirvəsi idi”, – deyə A.Talakvadze qeyd edib