Salome Zurabişvili: “İşğal olunmuş ərazilərimizə baxmayaraq, güclü, demokratik və müstəqil bir ölkəyik”
08.08.2020 15:43
251
Siyasət
A
Salome Zurabişvili: “İşğal olunmuş ərazilərimizə baxmayaraq, güclü, demokratik və müstəqil bir ölkəyik”
"Bugünkü Gürcüstanın reallığına əsasən deyə bilərik ki, müharibəyə məğlub olmadıq. İşğal olunmuş ərazilərimizə baxmayaraq, biz güclü, demokratik və müstəqil bir ölkəyik". Aktual.ge-nin verdiyi xəbərə görə, bu sözləri Avqust müharibəsinin 12-ci ildönümü ilə bağlı Gürcüstan prezidenti Salome Zurabişvili Muxatgverdi Qardaşları qəbiristanlığında söyləyib. Ölkə başçısının sözlərinə görə, Avqust müharibəsində həyatını itirən qəhrəmanlar Gürcüstanın gücdür: “Bu gün son dərəcə faciəli eyni zamanda, bu ölkənin ümid günüdür. Burada dəfn olunmuş qəhrəmanlarımız həqiqətən də dövlətimizin qüdrətidir. Əslində bu gün ayaqdayıqsa bu əsrlər boyu vətən uğrunda vuruşub həyatını itirmiş insanların, o cümlədən burada dəfn olunmuş insanların qəhramanların sayəsindədir". Qeyd edək ki, Avqust müharibəsinin 12-ci ildönümü ilə əlaqədar Baş nazir Giorgi Qaxaria, Prezident Salome Zurabişvili, Nazirlər Kabinetinin üzvləri, parlamentin sədri Arçil Talakvadze, parlament çoxluğunun üzvləri, Tbilisi meri Kaxa Kaladze və diplomatik korpusun nümayəndələri Muxatgverdi Qardaşları qəbiristanlığını ziyarət ediblər.
ŞƏRH YAZ
2