Giorgi Qaxaria : “Bu gün Gürcüstan NATO üzvlüyünə tam hazırdır”
08.08.2020 16:27
256
Siyasət
A
Giorgi Qaxaria : “Bu gün Gürcüstan NATO üzvlüyünə tam hazırdır”
"Bu gün Gürcüstan NATO-ya üzv olmağa tam hazırdır və tərəfdaşlarımız bunu görür və qiymətləndirirlər" Aktual.ge xəbər verir ki, bu barədə Baş nazir Giorgi Qaxaria konqresmen Adam Kinzingerin Gürcüstanın NATO-ya daxil olması ilə bağlı müvafiq bəyanatına cavab verərkən deyib. Hökumət başçısının sözlərinə görə, spekulyasiyalara baxmayaraq, Gürcüstan və strateji tərəfdaşları arasındakı münasibətləri heç bir şey təhdid etmir. "Bu istiqamətdə hansı fərziyyələr davam etməsindən asılı olmayaraq, demək istəyirəm ki, Gürcüstan və strateji tərəfdaşlarımız arasındakı münasibətləri təhdid edən heç nə yoxdur. Əksinə, bu münasibətlər son illərdə heç vaxt görülməmiş bir səviyyəyə çatıb. Mövcud ifadələrin səbəbi də elə budur. Bu gün Gürcüstan NATO-ya üzv olmağa tam hazırdır və tərəfdaşlarımız bunu görür və qiymətləndirirlər. Bu bir prosesdir, biz bu məqsədə çatacağıq və hamı başa düşməlidir ki, Gürcüstanın Avro-Atlantik inteqrasiyası və dinc inkişafı ölkənin ərazi bütövlüyünün bərpası üçün zəruri şərtdir",- deyə G.Qaxaria vurğulayıb. Xatırladaq ki, konqresmen A.Kinzinger "Bölgədəki Sülh və Təhlükəsizlik: İşğal uğrunda 12 il mübarizə" adlı beynəlxalq onlayn konfransda Gürcüstanın NATO-ya tamhüquqlu üzv olmasının vaxtının gəldiyini ifadə edib.
ŞƏRH YAZ
1