Gürcüstan Reqbi yığması İspaniyanı məğlub edib
Avropa Reqbi Çempionatının ikinci turunda Gürcüstan komandası İspaniyanı 25:19 məğlub edib.
Aktual.ge xəbər verir ki, İspaniyanın Madrid şəhərində matç az əvvəl başa çatıb.
Beləliklə, milli komandamız builki püşkatmada Avropa Reqbi Çempionatında ikinci qələbəsini qazanıb.
Qeyd edək ki, Gürcüstan Reqbi komandasının növbəti oyunu martın 20-də Kalininqradda keçiriləcək və millimiz Rusiya ilə qarşılaşacaq.
Xatırladaq ki, Gürcüstan Reqbi yığması fevralın 7 də baş tutan görüşdə 16:7 hesabı ilə Rusiya yığmasını darmadağın etmişdi.