Livanda etiraz aksiyaları yatırıldı, 728 nəfər yaralandı
09.08.2020 09:57
308
Dünya
A
Livanda etiraz aksiyaları yatırıldı, 728 nəfər yaralandı
Livanda hərbçilər nümayişçiləri İqtisadiyyat, Xarici İşlər və Energetika nazirliklərinin binalarından çıxararaq həmin ərazidən uzaqlaşdırıblar. Aktual.ge Report-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları ilə aksiya iştirakçıları arasında baş verən toqquşmalarda 728 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb, bir polis əməkdaşı həlak olub. Yaralıların 70-i hüquq mühafizə orqanlarının əməkdaşlarıdır.  Eyni zamanda polis nümayişlərdə iştirak edən 19 nəfəri saxlayıb. Qeyd olunub ki, hazırda ölkənin paytaxtı Beyrutda başlayan iğtişaşların qarşısı alınıb və şəhərdə toqquşma müşahidə edilmir.
ŞƏRH YAZ
0