Marneulidə Qədir-Xum bayramı keçirilib - FOTO
Ötən gün Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsi və İmam Əli (ə) adına Xeyriyyə Fondunun təşkilatçılığı ilə Marneuli İmam Əli (ə) Məscidində müqəddəs Qədir-Xum bayramı tədbiri keçirilib.
Aktual.ge xəbər verir ki, sözügedən tədbir məsciddə axşam namazından sonra baş tutub.
Məscidin Axundu Hacı Hacıyev, sözügedən bayramın tarixindən danışıb. O, eləcədə müsəlmanları Qədir-Xum bayramı münasibəti ilə təbrik edib.