Ötən gün Axalkalakidə baş verən, QƏTLİN ŞOK GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO
09.08.2020 20:32
2472
Siyasət
A
Ötən gün Axalkalakidə baş verən, QƏTLİN ŞOK GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO
Dünən, 8 avqust tarixində Samçxe-Cavaxeti bölgəsinin Axalkalaki rayonunda baş verən, qətlin görüntüləri yayılıb. Bu barədə Aktual.ge Jnews-a istinadən xəbər verir. Mövcud məlumata görə, Kulikam kənd sakini V.Miraniyan rayonun mərkəzində baş verən, fiziki qarşıdurma zamanı güllə yarasından ölüb. Qeyd edək ki, ötən gün axşam saatlarında Axalkalaki rayonunda gəncin qətlə yetirilməsindən sonra şəhərdə küçə qarşıdurmaları da baş verib. Nəticədə 4 ev və 1 oteldə dağıntılar törədilib, binalar yandırılıb. Bir neçə avtomobilə ciddi ziyan vurulub. Axalkalakiyə əlavə polis qüvvələri və xüsusi təyinatlılar cəlb olunub. Daxili İşlər Nazirliyi Axalkalaki şəhərində ötən axşam baş verən qarşıdurmalarla bağlı istintaqa başlayıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürmə və odlu silahı qanunsuz əldə etmədə təqsirli bilinən 1983-cü il təvəllüdlü şəxs saxlanılıb. İstintaqla müəyyən olunub ki, saxlanılan şəxs mübahisə zəminində 1993-cü il təvəllüdlü şəxsi odlu silahla ölümcül yaralayıb. Gənc xəstəxanaya çatdırılmadan öncə dünyasını dəyişib. Qətldə şübhəli bilinən şəxsin üzərində axtarış zamanı odlu silah maddi sübut kimi müsadirə edilib.
ŞƏRH YAZ
10