Rustavi yaşayış binasından bir kişi yıxılıb
Rustavidə Saakadze küçəsində yerləşən yaşayış binalarının birinin üçüncü mərtəbəsindən bir kişi yıxılıb.
Aktual.ge yerli mətbuata istinadən xəbər verir ki, şüursuz halda olan orta yaşlı kişi təcili yardım qrupu tərəfindən xəstəxanaya aparılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə ilə əlaqədar Gürcüstan Cinayət Məcəlləsinin intihar etməyi şərtləndirən 115-ci maddəsi ilə istintaq açılıb.