Lukaşenko yenidən prezident seçildi
10.08.2020 01:55
240
Siyasət
A
Lukaşenko yenidən prezident seçildi
Belarus Mərkəzi Seçki Komissiyası ölkədə keçirilən prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb. Aktual.ge Unikal-a istinadən xəbər verir ki, rəsmi nəticələrə əsasən, Aleksandr Lukaşenko yenidən prezident seçilib. Hazırkı dövlət başçısı 81 faiz səslə seçkidə qalib gəlib. Onun rəqibi Svetlana Tixanovskaya isə cəmi 8 faiz səs toplaya bilib. Qeyd edək ki, Belarusda prezident postu uğrunda 5 namizəd mübarizə aparıb. Onlar hazırkı prezident Aleksandr Lukaşenko, keçmiş deputat Anna Kanopatskaya, Belarus Sosial-Demokratik Qramada Partiyasının sədri Sergey Çereçnya, “Düzünü Danış” birliyinin həmsədri Andrey Dimitriyev və bloger Sergey Tixanovskinin həyat yoldaşı Svetlana Tixanovskayadır.
ŞƏRH YAZ
3