Minskdə etirazlar başladı: Yaralılar var - VİDEO
10.08.2020 02:14
988
Dünya
A
Minskdə etirazlar başladı: Yaralılar var - VİDEO
Belarusun paytaxtı Minskdə “Qələbə” meydanı yaxınlığında müxalif qüvvələr etiraz aksiyası keçirməyə cəhd edib. Aktual.ge Axar-a istinadən xəbər verir ki, meydana onlarla insan toplaşıb. Meydan ətrafında həmçinin 15 xüsusi polis maşınının olduğu deyilir. Məlumata görə, polis aktivistləri saxlamağa başlayıb. "SputnikBelarus" isə polisin etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq etdiyini, yaralananların olduğunu yazıb. Etirazlar zamanı ciddi xəsarət alan bir neçə şəxs xəstəxanalara yerləşdirilib. Qeyd edək ki, etiraz aksiyası 9 avqust tarixində ölkədə keçirilən seçkilərin nəticələri açıqlanandan sonra başlayıb.
ŞƏRH YAZ
2