Bill Qeyts koronavirusun bitəcəyi tarixi açıqladı
10.08.2020 03:04
436
Dünya
A
Bill Qeyts koronavirusun bitəcəyi tarixi açıqladı
"Microsoft” şirkətinin təsisçisi Bill Qeyts dünyanı cənginə alan koronavirus epidemiyasının bitəcəyi tarixi açıqlayıb. Aktual.ge CNET-in yaydığı xəbərə istinadən bildirir ki, Qeyts verdiyi açıqlamada dünyanın varlı ölkələrinin bu bəladan tezliklə qurtulacağını deyib. O bildirib ki, koronavirus peyvəndi ilə bağlı problem 2021-ci ilin sonuna qədər həll ediləcək. Milyarder qeyd edib ki, qalan ölkələrdə isə bu bəla 2022-ci ilin sonunda başa çatacaq. Qeyd edək ki, Bill Qeyts COVID-19 əleyhinə peyvəndin hazırlanması üçün 300 milyon dollar vəsait ayırıb.
ŞƏRH YAZ
8