Gürcüstan Reqbi yığması növbəti dəfə Rusiyanı darmadağın etdi
20.03.2021 19:04
256
İdman
A
Gürcüstan Reqbi yığması növbəti dəfə Rusiyanı darmadağın etdi
Avropa Reqbi Çempionatının üçüncü turunda Gürcüstan milli yığması Rusiyanı 23:6 hesabı ilə məğlub edib. Aktual.ge məlumat verir ki, beləliklə, milli komandamız builki turnirdə üçüncü qələbəsini qazanıb. Kalininqradda baş tutan görüşdə matç Gürcüstanın qələbəsi ilə az əvvəl başa çatıb. Gürcüstan Reqbi yığması növbəti matçını 28 mart, saat 15:00-da Rumıniyaya qarşı oynayacaq. Yığmamız budəfə rəqibini ölkədəki Mixeil Meskhi Stadionunda qonaq edəcək. Xatırladaq ki, millimiz Rusiya Reqbi yığmasını 7 fevral tarixində Tbilisidə 16:7 hesabı ilə də darmadağın etmişdi.
ŞƏRH YAZ
5