Türkiyə ordusu İraqda PKK terrorçularını məhv etdi
10.08.2020 09:49
174
Dünya
A
Türkiyə ordusu İraqda PKK terrorçularını məhv etdi
Türkiyə Hərbi Hava Qüvvələri PKK terrorçularının İraqın şimalında Avaşin rayonundakı mövqelərinə zərbələr endirib. Aktual.ge Anadolu agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin “Twitter”dəki səhifəsində bildirilir. Məlumata görə, zərbələr nəticəsində PKK-nın 3 terrorçusu məhv edilib.   Nazirliyin məlumatında əməliyyatın keçirilmə yerindən kadrlar da əlavə edilib. "Türkiyənin Hərbi Qüvvələri əməliyyatları son terrorçunun məhv edilməsinə qədər davam etdirəcək”, - nazirliyin xəbərində vurğulanıb.
ŞƏRH YAZ
1