15 MİN LARİ büdcə ayrıldı - Marneulidə təntənəli konsert keçiriləcək
27.03.2021 18:13
1025
Mədəniyyət
A
15 MİN LARİ büdcə ayrıldı - Marneulidə təntənəli konsert keçiriləcək
Marneuli Meriyası 6 aprel tarixində rayonda təntənəli konsert proqramı keçirəcək. Aktual.ge xəbər verir ki, 7 aprel dünya Beynəlxalq Sağlamlıq günü münasibətilə Marneuli Meriyası Səhiyyə, Sosial Təminat, Mədəniyyət, İdman, Uşaq Rifahı və Dəstək Xidmətinin istəyi ilə 6 aprel tarixində təntənəli konsert proqramı keçirəcək. Belə ki, Səhiyyə, Sosial Təminat, Mədəniyyət, İdman, Uşaq Rifahı və Dəstək Xidmətinin rəhbəri Giorgi Meurmişvili Marneuli meri vəzifəsini müvəqqəti icra edən Zaur Tabatadzeyə rəsmi müraciət edərək, 6 aprel tarixində Marneuli rayonunda kovid19-la mübarizə aparan həkimlər üçün 90 dəqiqəlik konsert proqramının keçirilməsini istəyib və bunun üçün yerli büdcədən 15 min lari ayrılması gərəkdiyini bildirib. Z.Tabatadze isə həmin müraciəti qəbul edib. Məlumat üçün bildirək ki, kovid19 pandemiyası səbəbi ilə 2020-21 Marneulidə rayon Meriyası tərəfindən Novruz bayramı şənliyi keçirilmir.
ŞƏRH YAZ
25