Türkiyə Avropada şov göstərdi - Norveçi belə məğlub etdi (VİDEO)
DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Türkiyə milli komandası Norveçlə qarşılaşıb.
Aktual.ge xəbər verir ki, koronavirus pandemiyası ilə əlaqədar məhdudiyyətlərlə bağlı İspaniyanın Malaqa şəhərində keçirilən qarşılaşmada nominal meydan sahibi kimi Norveç yığması çıxış edib.
Oyun Türkiyə millisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
“Ay-ulduzlular”ın heyətində Ozan Tufan dublla yadda qalıbsa, Çağlar Söyüncü bir dəfə fərqlənib.
Oyunun qısa xülasəsini təqdim edirik: