Marneulidə Ümumdünya İdman və Sağlamlıq günü tədbiri keçirilib - FOTO
Bu gün, 6 Aprel Ümumdünya İdman və Sağlamlıq günüdür.
Bu münasibətlə Marneulidə yerləşən "AtaHolding" binasının idman zalında tədbir keçirilib.
Aktual.ge xəbər verir ki, tədbirdə boks, kik-boks, taekvando və güləş idman növləri üzrə idmançılar və oların məşqçiləri iştirak ediblər.
Tədbirin təşkilatçısı, Gürcüstan Azərbaycanlı İdmançılar Birliyi sədri Tofiq Əkbərov, tədbirin təşkilində məqsədin idmançıya və idmana qarşı diqqətin artırılması olduğunu deyib.
"Bu günki tədbirimiz 6 aprel ümumdünya idman və sağlamlıq günü ilə əlaqədardır. Bu tarix dünyanın hər yerində qeyd edilir və biz də Gürcüstan Azərbaycanlı İdmançılar Birliyi olaraq məqsədimiz müxtəlif idman növünü bir yerə yığaraq bu günü qeyd etməkdir. Burada əsas məqsədimiz idmana və idmançıya qarşı diqqəti artırmaq və idmanın bütün növlərini populyarlaşdırmaq və bu sahədə mövcud olan problemlər üzərində fəaliyyət göstərməkdir. Bildiyiniz kimi bir sıra problemlər var və biz idman sahələrində lazımi qədər təmsil oluna bilmirik. Ona görə də lazımdır ki, biz daha çox gündəmə gələk və bir yerdə olaq çünki, biz bir yerdə olmasaq problemlərimizi həll etmək üçün gücümüz və iqtidarımız olmaz. Bu günki tədbirə sosial şəbəkələr vasitəsilə hər bir kəsi dəvət eləmişik və bir çox idman növü məşqçiləri dəvətimizi qəbul edərək tədbirimizdə iştirak edirlər", - deyə Tofiq Əkbərov bildirib.