İqtidar lideri Kaladzenin siyasətdən gedişi barədə yayılan iddiaları belə cavabladı
Hakim "Gürcü Arzusu"nun sədri İrakli Kobaxidzenin sözlərinə görə, Kaxa Kaladzenin siyasətdən uzaqlaşması barədə yayılan məlumatlar fərziyyədir.
Aktual.ge xəbər verir ki, iqtidar lideri bu barədə "Palitranius"un "360 dərəcə" verilişində qonaq olarkən söyləyib.
O bildirib ki, Kaladze həftənin sonuna qədər ictimaiyyət qarşısına çıxacaq və sualları cavablandıracaq.
"Kaxa Kaladzenin komandadan ayrılmasına gəlincə, bunlar şəffaf suyun fərziyyələridir və radikal müxalifətin boğulmuş yosunu birtəhər tutmaq cəhdidir",-deyib İ.Kobaxidze.
Qeyd edək ki, son günlərdə yerli medialarda Tbilisi meri Kaxa Kaladzenin siyasətdən və "Gürcü Arzusu"ndan ayrılacağı barədə bir sıra xəbərlər yayılmışdı.