Abxaziyadan Gürcüstana keçmək istəyən 3 nəfər çayda boğularaq ölüb
07.04.2021 13:23
268
Hadisə
A
Abxaziyadan Gürcüstana keçmək istəyən 3 nəfər çayda boğularaq ölüb
Gürcüstanda Zuqdidi bələdiyyəsinin Şamqona kəndində İnquri çayında 3 nəfərin meyiti aşkarlanıb. Aktual.ge xəbər verir ki, həmin şəxslər işğal altında saxlanılan Abxaziyanın Qali rayonundan Gürcüstanın nəzarətindəki əraziyə çaydan keçməklə daxil olmağa cəhd ediblər. Faktla bağlı istintaq tədbirləri aparılır. Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətindən bildirilib ki, ölən şəxslər Gürcüstan vətəndaşları olublar və Abxaziyada qanunsuz həbsdən yayınmağa çalışıblar. Qeyd olunub ki, insident bir daha Rusiyanın işğalından sonra baş verən proseslərin qeyri-insani və cinayətkar mahiyyətini bir daha nümayiş etdirir. Yayılan məlumatlara əsasən, İnquri çayında batan 4-cü şəxsin meyitinin axtarışları davam etdirilir.
ŞƏRH YAZ
5