İvane Çxaidze:
07.04.2021 17:04
462
Sağlamlıq
A
İvane Çxaidze: "Ölkədə gündəlik 3-5 min koronavirus hadisəsi alacağımız təqdirdə daha sərt tövsiyələr olacaqdır"
"Ölkədə gündəlik 3-4-5 min yoluxma hadisəsi olsa, daha sərt tövsiyələr olacaq". Aktual.ge xəbər verir ki, bunu Milli İmmunizasiya Məsləhətçiləri Texniki Qrupunun rəhbəri İvane Çxaidze deyib. O, bildirib ki, 2020-ci ilin payızında və qışın əvvəllərində baş verənləri təkrarlamnması mümkündür. İvane Çxaidzenin sözlərinə görə, koronavirusun tənzimlənməsi xəstələrin gündəlik sayından asılıdır. “Ümumiyyətlə, növbəti dövr üçün tövsiyələr əsasən gündəlik yoluxma hallarının sayı ilə əlaqədardır. Bununla birlikdə, bu rəqəm yəni 600 ilə 1000 arasındadırsa, bu zaman bu prosesi tənzimləyə bilərik. Ancaq yoluxmaların sayı artsa, noyabr ayının sonlarında, dekabrın əvvəlində getdiyimiz yolla getsək və ölkədə gündəlik 3-4-5 min yoluxma olarsa, bu zaman sadəcə Pasxa ilə əlaqəli olmayan, daha sərt olacaq tövsiyələr olacaqdır. Beləliklə, 2020-ci ilin payız və qış aylarının əvvəlində olanların təkrarlanması mümkündür”, - deyə İvane Çxaidze əlavə edib.
ŞƏRH YAZ
2