Tbilisidə müxalifətin izdihamlı aksiyası davam edir - FOTO
Bugün
97
Siyasət
A
Tbilisidə müxalifətin izdihamlı aksiyası davam edir - FOTO

Tbilisi Dövlət Universitetinin önündən “Müxalif Alyansı” tərəfindən təşkil olunan yürüş aksiyası Rustaveli Prospektinin önündə davam edir.

Aktual.ge xəbər verir ki, aksiya iştirakçıları avtomobil yolunu bağlayıb, Gürcüstan və Avropa İttifaqı bayraqları, həmçinin plakatlarla parlament binası istiqamətində "Yaşasın Gürcüstan" şüarları ilə hərəkətlə gəliblər.

Hadisə yerində “Müxalif Alyans”a daxil olan müxalifət partiyaların liderləri, üzvləri və sıravi vətəndaşlar iştirak edirlər.

Etirazçılar üçün hakim “Gürcü Arzusu”nun bugünkü daxili və xarici siyasəti qəbuledilməzdir.

“Müxalif Alyans”a daxil olan partiyaların liderləri bildirirlər ki, aksiya üçün nəzərdə tutulmuş avadanlığın quraşdırılmasına sonda icazə verilməyib. Buna baxmayaraq, onlar toplaşan vətəndaşlara öz səslərini yenə də çatdırmağa çalışacaqlar.

ŞƏRH YAZ
1