Kateqoriyalar
Marneuli bələdiyyəsinin Qızılhacılı kəndində hər il olduğu kimi bu il də Məhərrəm ayı ilə əlaqədar Həzrəti İslam Peyğəmbərinin (s) əziz nəvəsi İmam Hüseyn (ə) və onun tərəfdarlarının xatirəsinə ehsan paylanılır.
Qızılhacılı kəndində yol kənarında qurulan ehsan stendi xalqın dəstəyi və Həzrəti İmam Həsən (ə.s) Məscidinin təşkilatçılığı ilə həyata keçirilir.Stenddə vətəndaşlara meyvə şirələri, müxtəlif növ şirniyyatlar, eləcə də sərin su paylanılır.
Qeyd edək ki, ehsan stendi Məhərrəm ayının 9-cu gününədək fəaliyyət göstərəcək.