Hökumət əcnəbilərin vahid reyestrini yaradır
Bugün
92
Siyasət
A
Hökumət əcnəbilərin vahid reyestrini yaradır

Hökumət əcnəbilərin vahid reyestrini yaratmağı planlaşdırır.

Aktual.ge xəbər verir ki, bununla bağlı Gürcüstanın daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze Parlamentin hüquqi məsələlər komitəsinin iclasında bildirib.

O əlavə edbi ki, əcnəbilərin vahid reyestri Ədliyyə Nazirliyinin Dövlət Xidmətlərinin İnkişafı Agentliyinin bazasında yaradılacaq.

Nazir müavini qeyd edib ki, reyestr "hər bir əcnəbinin ölkəyə daxil olmasını, onların xidmətlərdən istifadəsini izləməyə və qeyri-leqal miqrasiyaya qarşı mübarizəni daha effektiv etməyə imkan verəcək.

"Əcnəbilərin vahid reyestri anlayışı daxil edilir. Düşünürəm ki, reyestr bütün əcnəbilərin ölkəyə daxil olması, qeydiyyatı, xidmətlərdən istifadəsi və uçotunun ətraflı şəkildə aparılması üçün ciddi bir əsas təşkil edəcək. Gürcüstan vətəndaşları üçün mövcud olan reyestr kimi, düşünürük ki, Ədliyyə Nazirliyinin Dövlət Xidmətlərinin İnkişafı Agentliyinin bazasında əcnəbilərin vahid reyestri yaradılmalıdır. Bu, hər bir əcnəbinin ölkəyə daxil olmasını, onların xidmətlərdən istifadəsini izləməyə və qeyri-leqal miqrasiyaya qarşı mübarizəni effektiv etməyə imkan verəcək", - deyə Aleksandre Daraxvelidze bildirib.

ŞƏRH YAZ
0