Kateqoriyalar
Bütün Gürcüstan Müsəlmanları İdarəsinin (BGMİ) müftisi, şeyxi və Gürcüstan Müsəlmanları İdarəsinin əməkdaşları Muxatqverdi "Qardaşlar" fəxri xiyabanını ziyarət ediblər.
Aktual.ge xəbər verir ki, bu barədə BGMİ məlumat verib.
Dini rəhbərlər və İdarənin əməkdaşları 2008-ci ilin avqust döyüşlərində həlak olan qəhrəman əsgərlərin memorialı qarşısına əklil qoyub və onların xatirəsini ehtiramla yad ediblər.
"Müharibədə həlak olanların ailələrinə bir daha başsağlığı verir və səbir diləyirik. Uca Allahdan vətənimiz Gürcüstana əmin-amanlıq, birlik və güc diləyirik. Amin" , - məlumatda deyilir.