İrakli Kobaxidze Gürcüstanda miqyaslı elektrik kəsintiləri ilə bağlı danışdı
Bugün
332
Siyasət
A
İrakli Kobaxidze Gürcüstanda miqyaslı elektrik kəsintiləri ilə bağlı danışdı

“Elektrik enerjisinin ilk iki dəfə kəsilməsinin konkret səbəbi olub. Bununla bağlı tam məlumatımız var. Lakin məsələ ilə əlaqədar Dövlət Təhlükəsizlik Xidmətində (DTX) araşdırma aparılır və bəzi məsələlərin əlavə olaraq dərindən araşdırılmasına ehtiyac olduğu üçün məlumatları daha sonra ətraflı şəkildə ictimaiyyətə təqdim edəcəyik”.

Aktual.ge xəbər verir ki, bunu Baş nazir İrakli Kobaxidze jurnalistlərə müsahibəsində bildirib.

Onun sözlərinə görə, üçüncü elektrik kəsintisinin də konkret səbəbi olub – bu, “EngurHES”də aparılan müəyyən təmir-bərpa işləri ilə bağlı idi.

“Bizim kifayət qədər ilkin məlumatımız var. Üçüncü kəsintinin konkret səbəbi olub – bu, 'EngurHES'də aparılan müəyyən təmir-bərpa işləri idi. Ümumilikdə, çoxsaylı çağırışların olmasına baxmayaraq, sistem dayanıqlıdır və hökumət sistemin dayanıqlığının qorunması üçün hər şeyi edəcək.

Məsələnin yekun araşdırılması başa çatan kimi məlumatı ictimaiyyətə təqdim edəcəyik. Məsələnin tam araşdırılmasını və rəsmi məlumatı gözləməliyik. Bundan sonra ictimaiyyətlə tam məlumatı paylaşacağıq. Hadisələri qabaqlamayaq. Hər şey tam aydınlaşdıqda, bunun ümumiyyətlə sabotajla bağlı olmadığı da ortaya çıxa bilər. O zaman məlumatı ictimaiyyətlə paylaşacağıq”, – deyə Baş nazir qeyd edib.

ŞƏRH YAZ
0