Son bir neçə saat ərzində Hörmüz boğazında azı 4 neft tankeri minaya düşərək partladıqdan sonra alışıb.
Aktual.ge xəbər verir ki, bu barədə "Al Jazeera" İran Hərbi Dəniz Qüvvələrinin və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatına istinadən məlumat yayıb.
İran hərbçiləri gəmilərin adlarını və hansı ölkəyə aid olduğunu açıqlamayıb. SEPAH-ın iddiasına görə, boğazın cənub hissəsində zərər çəkmiş gəmilər arasında supertanker də olub.
ABŞ və İsrailin İrana endirdiyi birgə zərbələrin ardınca müharibə başladıqdan sonra Tehran gəmilərdən boğazdan keçmək üçün icazə almalarını tələb edir.
Bu həftənin əvvəlində İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf "Al Jazeera"ya bildirib ki, Hörmüz boğazı müharibədən əvvəlki gəmiçilik qaydasına qayıtmayacaq və yalnız ABŞ Tehranın tələblərini qəbul etdikdən sonra açılacaq.