Kateqoriyalar
21 yaşlı Saba Lazişvili Əbu-Dabidə keçirilən Real American Freestyle (RAF) turnirində debüt döyüşündə əfsanəvi amerikalı Uriah Faberə 12:7 hesabı ilə qalib gəlib.
Aktual.ge xəbər verir ki, gürcü idmançının yarışı dünən Əbu-Dabi həbsxanasından azadlığa çıxdıqdan sonra təyin olunub.
Xatırladaq ki, bir neçə dəqiqə əvvəl Merab Dvalişvili də qələbə qazanıb. O, Marlon Moraesi 4:2 hesabı ilə məğlub edib.
Qeyd edək ki, noyabrın 12-də Əbu-Dabidə otelin foyesində müsahibə verən MMA döyüşçüsü Merab Dvalişvili Usman Nurmaqomedov və onun qrupunun fiziki hücumuna məruz qalıb. İnsident zamanı Saba Lazişvili də hadisəyə müdaxilə edərək Meraba kömək edib.