Gürcüstanın Baş naziri İrakli Kobaxidze rəsmi səfərlə Qırğızıstan Respublikasına səfər edib.
Aktual.ge xəbər verir ki, bu barədə Hökumət Administrasiyası məlumat verib.
Məlumata görə, Qırğız Respublikası Prezidentinin sarayında Gürcüstanın Baş nazirinin rəsmi qarşılanma mərasimi keçiriləcək.
"İrakli Kobaxidzeyə Qırğız Respublikasının Prezidenti Sadır Japarov ev sahibliyi edəcək. Liderlərin hər iki ölkənin hökumət üzvlərinin iştirakı ilə görüşü planlaşdırılır, bundan sonra sənədlərin imzalanması mərasimi keçiriləcək. Gürcüstanın Baş naziri və Qırğız Respublikasının Prezidenti media üçün birgə bəyanatlarla çıxış edəcəklər.
Gürcüstan hökumətinin başçısı Bişkekə nümayəndə heyəti ilə birlikdə yola düşüb. Heyətin tərkibinə Baş nazirin müavini, xarici işlər naziri Maka Boçorişvili, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvirişvili, ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Davit Sonğulaşvili və hökumət administrasiyasının rəhbəri Levan Jorjoliani daxildir" , - məlumatda deyilir.